“Bakı Fond Birjası” QSC (BFB) 2020-ci ili 826 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: "Bakı Fond Birjası"nın dövriyyəsi - 2 Dəfəyə Yaxın Artıb
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-lcu illə müqayisədə 3,7 dəfə azdır.
Ötən il BFB-nin vergiyəqədərki mənfəəti 1,044 milyon manat (əvvəlki ilə nisbətən 3,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 218 min manat (3,5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə BFB-nin aktivləri 12,763 milyon manat olub ki, bu da illik müqayisədə 7,8% çoxdur. Hesabat dövründə Birjanın öhdəlikləri 9,7% artaraq 1,098 milyon manata, balans kapitalı isə 7,6% artaraq 11,665 milyon manata çatıb
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.