"Borsa İstanbul"un dəvəti ilə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri Fərid Axundov 26-27 oktyabr 2023-cü il tarixlərində İstanbulda işgüzar səfərdə olub.
Bu həftə səhmləri ən çox bahalışıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI
FED.az birjaya istinadən xəbər verir ki, səfər zamanı cənab Fərid Axundov "Borsa İstanbul", MKK (Türkiye Sermaye Piyasaları – Merkezi Saklama ve Veri Depolama Kuruluşu) və Takas İstanbul (İstanbul Takas ve Saklama Bankası A.Ş.) ilə rəsmi görüşlər keçirib.
Görüş zamanı həm "Borsa İstanbul", həm də digər qurumlarla “Bakı Fond Birjası” QSC arasında olan mövcud səmərəli əməkdaşlığın daha yüksək mərhələyə çatdırılması barədə ümumi razılıq əldə edilib.
”Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri "Borsa İstanbul"un 150 illik yubileyinə həsr olunmuş, “Azərpoçt” MMC tərəfindən xüsusi buraxılışla çap edilmiş poçt markasını həmin qurumun rəhbərliyinə təqdim edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.