“Bakı Fond Birjası” QSC Sinqapurun “Gazet International Magazine” jurnalının cari il üzrə araşdırmasına əsasən “Azərbaycanda Ən Dayanıqlı Bazar Göstəricisi” mükafatına layiq görülüb.
Bakı Fond Birjasında əməliyyatların həcmi kəskin artıb - 16 MİLYARDA YAXINLAŞIB
Bu barədə FED.az-a Birjadan bildirilir.
Qeyd edilib ki, “Gazet International Magazine” jurnalının mükafatlandırma mərasimləri 2021-ci ildən etibarən hər il keçirilir. Ümumilikdə 94 qalibin seçildiyi tədbirdə Azərbaycandan yalnız Bakı Fond Birjası bu siyahıda yer alıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.