Bakı Fond Birjasında 2023-cü ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 15 milyard 909 milyon 46 min manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% böyümə qeydə alınmışdır.
Azərbaycanın investisiya şirkətləri I yarımildə aktivlərini - 13% ARTIRIB
FED.az xəbər verir ki, bu, Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 49% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 150% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınmışdır.
2023-cü ilin sentyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4 milyard 995 miylon 678 min manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınmışdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.