“Avtomotoservis” Açıq Səhmdar Cəmiyyəti 30 iyun 2020-cu il tarixdə, saat 12:00-da keçiriləcək səhmdarların növbəti ümumi yığıncağı haqqında elan edir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir.
1. Səhmdar Cəmiyyətinin idarəetmə orqanının 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. ASC-nın maliyyə durumu və hesabat dövrü üzrə dividendlərin bölgüsü.
3. ASC-nin 2015-ci il üzrə keçmiş İdarə Heyətinin Sədri tərəfindən götürülmüş 27348.45 manat (iyirmi yeddi min üç yüz qırx səkkiz mant 45 qəpik) dividend məbləğinin bölüşdürülməsi.
4. Cəmiyyətin yenidən təşkili məsələsinin müzakirəsi.
5. Cari məsələlər.
Yığıncağın keçirilmə ünvanı: Bakı şəh., Ə.Rəcəbli küç., 1963-cü məhəllə. ASC-nin inzibati binasında.
Əlaqə telefonları: 4656439 (əlavə 13), 0555150074.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir. Səhmdarların nümayəndələri müəyyən olunmuş qaydada təsdiq edilmiş vəkalətnamə və şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmçinin vəkalətnamə ilə nümayəndə göndərən Səhmdardan özünün şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyi tələb olunur. Əks təqdirdə nümayəndənin iclasda iştirakı məhdudlaşdırılacaq.