29 iyun 2020-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, 9 ünvanında “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” Açıq Səhmdar Cəmiyyətinin inzibatı binasında səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: “Bəhrəmtəpə-Çınqıl” mənfəətini bölüşdürəcək - YIĞINCAQ
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2019-cu ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında;
2. 2019-cu ilin mühasibat balansı və illik hesabatının təsdiq edilməsi haqqında;
3, 2019-cu ilin mənfəət və zərər hesabatının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi haqqında;
4. Müşahidə şurasının tərkibində dəyişikliklərin edilməsi haqqında;
5. Təftiş komissiyasının tərkibində dəyişiklik edilməsi haqqında.
Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar bildirişdə göstərilən ünvana müraciət edə bilərlər.
Müraciət olunduğu halda həmin materiallarla tanış olmaq üçün onlara lazımı şəraitin yaradılması təmin ediləcəkdir.
İllik ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 395-59-32