Azərbaycan Beynəlxalq Bankının (ABB Bank) səhmlərinin ticarəti üzrə yeni market meyker müqaviləsi bağlanıb.
FED.az xəbər verir ki, “Bakı Fond Birjası” QSC ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin AZ1004004581 dövlət qeydiyyat nömrəli səhmləri üzrə marketmeyker müqaviləsi bağlanılıb.
Bu barədə Bakı Fond Birjası məlumat yayıb.
Məlumata görə, avqustun 31-də “Bakı Fond Birjası” QSC ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin AZ1004004581 dövlət qeydiyyat nömrəli adi, adlı, sənədsiz səhmləri üzrə marketmeyker müqaviləsi bağlanılıb.
Bu müqavilə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC adıçəkilən səhmlər üzrə təkrar bazarda gündəlik olaraq 15% və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edəcək, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50,000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirəcək.













