Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
"BOA Agency" şirkətinin səhmlərinə 2 investor tərəfindən 2 sifariş - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, 6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2112024701 dövlət qeydiyyat nömrəli 60 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasının yaydığı məlumata görə, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9,346.4058 (9.99%) manat və 9,422.8504 (8.75%) manat olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46,840,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,346.4058 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 9,398.6061 (9.14%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 46,840,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 14.03.2024-cü ildir.
XXX
Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2110024703 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,816.7539 (8%) manat və 9,831.8427 (7.33%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 56,200,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 9,831.8427 (7.33%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 28.09.2023-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.