“Ziraat Bank Azərbaycan”nın depozit portfeli azalıb. FED.az bankın yanvar-sentyabr ayları üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin həmin dövründə banka yatırılan depozitlər 9,29% azalaraq 79 mln 332 min manat təşkil edib.
Hesabat dövrü ərzində banka yatırılan fiziki şəxslərin tələbli depozitlərinin cəmi 12 mln 528 min manat olub. Bu məbləğin 10 mln 214 min manatı xarici valyutada yatırılıb.
Banka yatırılan hüquqi şəxslərin depozitlərinin cəmi isə 16 milyon 383 min manat . Hüquqi şəxslərin yatırdığı depozitlərin hamısı faizsiz tələbli depozitlər olub. Bu depozitlərin 8 mln 862 min manatı xarici valyutada olub.
Qeyd edək ki, Bankın öhdəlikləri son bir ildə 6,15% artaraq 156 mln 942 min manat olub.