28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağı keçirilmiş və ənənəvi Bankçılıq Mükafatları – 2022 adlı tədbirdə üzv təşkilatlar, Ekspert Qrupları və tərəfdaşlar müvafiq nominasiyalar üzrə mükafatlarla təltif edilmişdir.
"Yapı Kredi Bank Azərbaycan" Türkiyəyə dəstək məqsədi ilə 100.000 dollar - İANƏ EDİB
2022-ci il üçün "Korporativ sosial məsuliyyət" nominasiyası üzrə Yapı Kredi Bank Azərbaycan ABA tərəfindən mükafata layiq görülüb.
Yapı Kredi Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilmişdir. Yapı Kredi Bank Azərbaycan ölkəmizdə ISO 14001:2015 sertifikatını əldə edən ilk bankdır və ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsiri minimuma endirmək bank üçün mühüm hədəflər kimi müəyyən edilmişdir. Bank həmçinin BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.