Qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədilə Yapı Kredi Bank Azərbaycan 100 000 ABŞ dolları məbləğində ianəni Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürüb.
Bu barədə FED.az-a Bankdan bildirilib.
Qeyd edilib ki, yardım etmək istəyən hər hansı fiziki şəxs və ya hüquqi şəxs filiallardan, internet / mobil bankçılıq və HÖP (Hökumət Ödəniş Portalı) vasitəsilə vəsaiti artıq qeyd olunan hesaba komissiyasız köçürə və ya nağd yatıra bilər. Həmçinin Bankın Əhmədli, Səbail, Nərimanov və 28 May filiallarında yerləşən və 7/24 xidmət göstərən Cash-in ATM -lərindən AFAD fondunun AZN (00000066) və ya USD (00000099) hesab nömrəsini qeyd etməklə ianə etmək mümkündür.
Bankın Nərimanov filialı ilə həftənin şənbə - nazar günü saat 10:00-22:00 (Kassa xidməti 21:30-dək) yaxınlaşaraq ianənizi edə bilərsiz.
Bankın iliallarının yerləşdiyi ünvanlar və iş saatları haqqında məlumatı linkdən əldə edə bilərsiniz:
"Yapikredi Bank Azərbaycan adından zəlzələ nəticəsində həyatını itirən insanların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılara isə şəfa diləyirik!", -məlumatda bildirilir.
"Yapı Kredi Bank Azərbaycan" Türkiyəyə dəstək məqsədi ilə 100.000 dollar - İANƏ EDİB
15:55
23 Fev 2023