Azərbaycanda xarici fiziki şəxslərin depozitlərindəki azalma 2012-ci ildən bu tərəfə müşahidə edilən ən aşağı həddə — 371.6 mln. manat həddinə düşüb.
Eləcə də bax: Bank sisteminin son vəziyyəti açıqlandı – BÜTÜN GÖSTƏRİCİLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 2020-ci ilin 1 mayında respublika ərazisində qeyri-rezidentlərin depozitlərində azalma son bir ay ərzində 19%, illik müqayisədə isə 38% azalmalı olub.
Qeyri-rezidentlərin hesabat dövründə, depozitlərinin 101.2 mln. manatı milli valyuta manat, 270.4 mln. manatı isə xarici valyuta təşkil edib.
Bildirməliyik ki, cari ilin 1 yanvarda 434.2 mln. manat, fevralda 423.1 mln. manat, 1 martda 621.3 mln. manat və 1 apreldə isə 457 mln. manat qeyri-rezidentlərin depozitləri vardı.
Bununla da son bir ayda milli valyutada depozitlərin 10% (10.6 mln. manat) və xarici valyutada isə 22% (74.7 mln. manat) azalma olmuşdur.
Qeyd edək ki, 1 may 2020-ci il tarixinə Azərbaycanda fiziki şəxslərin 7 milyard 758 mln. manat depozitləri var. Bu isə son bir ayda 493.7 mln. manatlıq azalma olması deməkdir. Mərkəzi Bank isə buna aydınlıq gətirərək bildirib ki, bu aprel ayının 24-də bağlanan iki bankla əlaqəlidir.