Konstitusiya Məhkəməsi bankdan kredit götürülərkən zaminin məsuliyyəti və vərəsələrin bank qarşısında məsuliyyəti sməsələsini araşdıracaq. FED.az xəbər verir ki, bu barədə qərar Konstitusiya Məhkəməsi Palatasının iclasında qəbul edilib.
Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı və 472.1-ci maddələrinin şərh edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 4-nə təyin edilmiş iclasında baxılacaq.
Xatırladaq ki, Mülki Məcəllənin adı çəkilən maddələri - Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti, Maddə 472. Zaminin məsuliyyətini əhatə edir.