23 aprel 2024-cü il tarixində Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi ilə ABŞ-nin Vaşinqton şəhərində baş tutan işgüzar səfərin ikinci günündə Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New York Mellon” (BNY Mellon) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.
Honeyvell Texnologiya və Təcrübə Mərkəzində baş tutan görüşdə “BNY Mellon”un rəhbər əməkdaşları tərəfindən süni intellektin bank əməliyyatlarında tətbiqi, risklərin idarəedilməsi, kreditləşmə sahəsində imkanlar, komplayns mövzularında təqdimat və çıxışlar edilmiş, suallar cavablandırılmışdır.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.