Unibank öz partnyorları ilə birgə 1 iyun – Uşaqların Beynəlxalaq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub.
FED.az xəbər verir ki, iyun ayı boyu davam edən tədbirlər zamanı “Papa Johns Pizza Azərbaycan”, “Bolt Food” və Unibank uşaq evləri və sığınacaqları ziyarət edib. Ziyarət zamanı uşaqlar üçün hədiyyələr aparılıb, şənliklər təşkil edilib. Klounların iştirakı ilə əyləncəli oyun və rəqslər uşaqları çox sevindirib. Bir aya yaxın davam edən silsilə tədbirlər çərçivəsində ümumilikdə 12 uşaq evi və sığınacaq olmaqla, 800-dən artıq uşağın bayramı təbrik edilib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Unibank 32 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.