“Unibank” ASC manatda olan depozitlərin faiz dərəcələrini 0.5% və ya 1% bəndi artırıb.
Eləcə də bax: “Unibank” manat və dollarda depozitinin - Faiz Dərəcəsini Qaldırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, milli valyutada olan “Faizlər əvvəlcədən” əmanət məhsulunun illik faiz dərəcəsini 6%-dən 7%-ə, “Müddətli əmanət” 10.5%-dən 11%-ə, “Proqressiv əmanət” 8%-dən 9%-ə, “Yığım əmanət” isə 7%-dən 8%-ə qədər artırılmışdır.
Qeyd edək ki, bank bir həftə öncə “Müddətli” əmanətinin illik faiz dərəcəsini manatda 9.5%-dən 10%-ə qədər qaldırmışdı.
Bank hazırda “Yığım əmanəti”ni 50 manat, “Proqressiv əmanəti”ni 200 manat, “Müddətli əmanət” əmanət və “Faizlər əmanəti”ni isə 500 manatdan başlayaraq cəlb etmə imkanı tətbiq edir.
“Müddətli” və “Proqressiv” əmanətini isə həmçinin ABŞ dollarında da qəbul edir.