FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit bazarının aktiv iştirakçısı və böyük filial şəbəkəsinə malik olan banklarından olan «Unibank»ın gəlir mənbələrini təqdim edir.
«Muğanbank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Unibank»ın ümumi gəlirləri 99 milyon 743 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində əla göstərici ilə 4-cü yeri tutur.
Hesabat dövründə (ilk 6 ayda) «Unibank»ın gəlirlərinin ən böyük hissəsi – 72,8 milyon manatı və ya bütün gəlirlərin 73%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 21,3 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 21%-i deməkdir.
Başqa sözlə, bu iki gəlir maddəsi «Unibank»ın gəlirlərinin 94%-ni təşkil edir. Digər sahələrdən gəlirlər elə də ciddi məbləğlərlə ödçülmür – valyuta əməliyyatlarından gəlirlər 1,8 milyon manat və ya ümumi gəlirlərin 2%-i həcmində olub.
Daha 2,2 milyon manat və ya ümumi gəlirlərin 3%-ni «Unibank»ın Qiymətli kağızlardan yatırımları təmin edib.
Ümumiyyətlə, «Unibank»ın ümumi gəlirlərində faiz gəlirləri 76%, qeyri-faiz gəlirləri 24% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlirdə payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 72 761 | 73% | 
| QK-a investisiyadan gəlir | 2 235 | 3% | 
| Digər banklara depozitlərdən gəlirlər | 55 | - | 
| Digər banklara kreditlərdən gəlirlər | 117 | - | 
| Komissiya haqları | 21 302 | 21% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 1 765 | 2% | 
| Digər faiz gəlirləri | 30 | - | 
| Digər qeyri-faiz gəlirləri | 1 185 | 1% | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 99 743 | 100% | 




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








