FED.az Azərbaycanın aparıcı banklarından biri, ən böyük filial şəbəkəsinə malik olan banklarından olan «Muğanbank»ın gəlir mənbələrini təqdim edir.
«Bank Respublika» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Muğanbank»ın ümumi gəlirləri 40 milyon 239 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sesmində 11-ci yeri tutur.
«Muğanbank» ölkənin bank sistemində yeganə bankdır ki, onun gəlirlərinin böyük hissəsi faiz deyil, qeyri-faiz gəlirlərindən formalaşır.
Hesabat dövründə (ilk 6 ayda) bankın gəlirlərinin ən böyük hissəsi – 17,5 milyon manatı və ya bütün gəlirlərin 44%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 15,3 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 38%-i deməkdir. Azərbaycanın başqa heç bir bankında komissiya haqqı gəlirləri ümumi gəlirlərdə belə yüksək paya malik deyil. Bu - «Muğanbank»ın bankın geniş filial şəbəkəsinin olması və çoxsaylı xidmət layihələrində iştirakı ilə bağlıdır.
«Muğanbank»ın valyuta əməliyyatlarından gəlirləri də kifayət qədər yüksəkdir – 6,3 milyon manat və ya ümumi gəlirlərin 16%-i.
Daha 850 min manat və ya ümumi gəlirlərin 2%-ni «Muğanbank» başqa banklara ayırdığı kreditlərdən əldə edir.
Ümumiyyətlə, «Muğanbank»ın ümumi gəlirlərində faiz gəlirləri 46%, qeyri-faiz gəlirləri 54% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
17 523 |
44% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
77 |
- |
Digər banklara kreditlərdən gəlirlər |
849 |
2% |
Komissiya haqları |
15 310 |
38% |
Valyuta əməliyyatlarından gəlirlər |
6 318 |
16% |
Digər faiz gəlirləri |
163 |
- |
Digər qeyri-faiz gəlirləri |
- |
- |
|
|
|
CƏMİ GƏLİRLƏR |
40 239 |
100% |