“AFB Bank” ASC daha bir təcrübəli kadrı öz sıralarına qatıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Hafiz İbrahimov Filialların idarəedilməsi departamentinə direktor təyin edilib. O, artıq vəzifəsinin icrasına bu aydan başlayıb.
Eləcə də bax: “Muğanbank”da yeni - TƏYİNAT
Hafiz İbrahimov buna qədər yenicə restaylinqdən çıxmış “Rabitəbank” ASC-də Keyfiyyətə nəzarət departamentinin direktoru vəzifəsində çalışırdı. O bu vəzifəyə isə həmin departamentin direktoru müavinindən direktorluğa iki ay idi ki yüksəlmişdi.
Bundan əlavə H.İbrahimov ləğv olunan “Bank Standard” QSC və İpoteka və Kredit Zəmanəti Fondunda çalışıb.
AFB Bank-da artıq bir neçə aylardır ki, səhmdarları dəyişəndən sonra İdarə Heyəti və bir neçə departamentində mühüm dəyişiklər baş verib.
Bank daha çox ölkədə fəaliyyət göstərən banklardan təcrübəli işçiləri öz sırasına qatır.