Bu gün sentyabrın 24-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib.
FED.az xəbər verir ki, hərracda depozitlərə tələb təklifdən 2 dəfədən artıq çox - 775,1 milyon manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Xatırladaq ki, son hərracda Mərkəzi Bank 350 milyon manat depozit cəlb etməyi planlaşdırmışdı.
Tələb təklifi 2 dəfə üstələdi - HƏRRAC
21:51
24 Sen 2018