2023-cü ilin mayın1-nə Azərbaycan banklarındakı əmanətlər 35 milyard 361,1 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici 1 ay əvvəl ilə müqayisədə 548,3 milyon manat və ya 3,3% çoxdur.
Qeyd edək ki, bu ilin aprelin1-nə əmanətlər 34 812,8 milyon manat həcmində olub.
Əmanətlər 14 389,2 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də aylıq müqayisədə 606,9 milyon manat (4,4%) artıb.
Belə ki, ötən ilin sonu ilə müqayisədə isə ümumi əmanətlər 811 milyon manat və ya 2,3%, xarici valyutada olan əmanətlər isə 1 milyard 111 milyon manat və ya 8,4% artıb.