ABB "VISA Business Platinum” kartını müştərilərə təqdim edib.
Eləcə də bax: ABB-nin Azercell kartlarını yarı qiymətinə - ƏLDƏ ETMƏK FÜRSƏTİ!
Bu kart işgüzar məqsədlərlə tez-tez səyahət edən şəxslər üçün həm xərclərə qənaətdir, həm də rahatlıq imkanıdır. İşgüzar səyahətlər zamanı ehtiyac yarandıqda kart sahiblərinə tibbi və hüquqi yardım göstərilir. İş adamları "VISA Business Platinum” kartı ilə Lounge Key xidmətindən ödənişsiz istifadə edə bilirlər. Bəzi şəhərlərin hava limanlarında isə Fast Track və baqajın bağlanması xidmətindən pulsuz istifadə etmək olur. Bu kartlarla BOLT xidmətindən istifadə zamanı da 50% endirim qazanılır. Əməkdaşlarını tez-tez ezamiyyətlərə göndərən biznes sahibləri də bu kartların qənaət və xərclərə nəzarət imkanlarından faydalana bilərlər.
Kartdan istifadə müddəti 3 ildir. "VISA Business Platinum” kartının üstünlükləri barədə əlavə məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.