Biznesin kreditləşdirilməsi, məhkəmə islahatlarının bankların fəaliyyətinə təsiri və “Rabitabank”dakı yeniliklərlə bağlı FED.az-ın suallarına cavablandıran bankın idarə heyətinin sədri Elçin Qədimov bildirib ki, bu gün baş tutacaq tədbirdə bankın bütün yenilikləri ictimaiətə açıqlanacaq.
Eləcə də bax:“Şəffaf işləyən müştəriyə kredit ayırmağa hazırıq” – BANK RƏHBƏRİ İLƏ MÜSAHİBƏ
O qeyd edib ki, reystalinqə hazırlaşan “Rabitəbank”ın məqsədi korporativ üslub və stilistikasını yeniləmək, muasir bank məhsullarına uyğun yeni rənglər və üslubla müştərilərə daha xoş təəssürat bağışlamaq, əlavə olaraq bankımızın missiyası və iş fəlsəfəsinə uyğun korporativ atributlara sahib olmaq. Ona görə də yeni loqo, yeni rənglər, yeni stili ictimaiyyətə təqdim etməkdir.
Həmçinin bankın yenilikləri arasında yeni xidmətlər və məhsullarının da olacağı bildirilir.