Azərbaycanın aparıcı banklarından olan «Rabitabank» 2020-ci ilin 4-cü rübünün nəticələrini açıqlayıb.
Eləcə də bax: “Azərbaycan Sənaye Bank”ının - Xalis Mənfəəti Azalıb - HESABAT
FED.az xəbər verir ki, 2020-ci ildə bankın fəaliyyətinin əsas göstəricisi - xalis mənfəət 5 dəfə azalıb.
Hesabata əsasən, 2020-ci ildə «Rabitəbank»ın aktivləri 12.3% artaraq 1 yanvar 2021-ci il tarixinə 831 milyon manat təşkil edib. Hesabat dövrü ərzində bankın kredit portfeli də 12,2% artaraq 432 milyon manata yüksəlib.
Bununla yanaşı, «Rabitəbank»ın kredit portfeli əsasən ipoteka (65%) və istehlak kreditlərinin (11%) hesabına artıb. Bankın biznes kreditlərində isə iki dəfəyə yaxın azalma var. Belə ki, 2020-ci ilin sonuna biznes kreditləri portfelinin həcmi 109,3 milyon manat olub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 90% və ya 1,9 dəfə azdır..
Hesabata əsasən, 2020-ci illə «Rabitabank»ın mənfəəti 5 dəfədən çox azalıb. Belə ki, Bank 2020-ci ili 2,2 milyon manat mənfəətlə başa vurub. Əvvəlki ilin analoji dövründə isə xalis mənfəət 11,1 milyon manat idi.