"Rabitəbank" müştərilərinə ödənişlərin daha rahat həyata keçirmələri və ödənişlərinin tarixçələrini rahat izləyə bilmələri üçün yeni imkanların tətbiqinə hazırlaşır.
FED.az xəbər verir ki, bankın rəsmi açıqlamsında qeyd olunur ki, bütün bu yeniliklər bankın uzun müddət əməkdaşlıq etdiyi ölkənin ilk və ən qabaqcıl prosesinq mərkəzi olan AzeriCardla birgə həyata keçirilir. 25 dekabr 2019-cu il tarixində, yeni xidmətlərin tətbiqi istiqamətində aparılan sınaqlar zamanı nasazlıq nətiçəsində təkrar silinmiş kommunal ödənişlər, dərhal müştərilərin hesabına geri qaytarılmışdır.
Eləcə də bax:"Rabitəbank"ın kartlarından - ƏLAVƏ PUL SİLİNİB - FOTO
Unikal rəqəmsal təklifləri ilə çıxış edən Rabitəbank ASC, müştərilərini məmnun etmək və rahatlıqlarını təmin etmək üçün uzun müddət ərzində uğurla əməkdaşlıq etdiyi tərəfdaşı olan AzeriCard prosessinq mərkəzilə daim yeni həllər və təkliflər üzərində çalışır və rahat bankçılıq üçün istər ənənəvi, istər rəqəmsal imkanlarını genişləndirir.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, bu məktubun dəyişiklik edilmədən yayımlanması xahiş olunur.