"Expressbank"ASC-də Reklam və İctimaiyyətlə Əlaqələr Şöbəsinə müdir təyin edilib. FED.az xəbər verir ki, bu vəzifənin icrası yenidən Rüfət Əhmədzadəyə həvalə olunub.
Qeyd edək ki, R.Əhmədzadə uzun müddətdir ki, "Expressbank"da çalışır və aprel ayından o, "Rabitəbank"da Reklam Şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı. Lakin 2 aydan sonra o, yenidən əvvəlki işinə dəvət alıb. "Rabitəbank"da isə hazırda bu vəzifəni Rəşad Cümşüdov icra edir.
Təyinatı təsdiqləyən R.Əhmədzadə yenidən öz həmkarları ilə birlikdə çalışmaqdan məmnun olduğunu bildirdi.
"Rabitəbank"dan "Expressbank"a - TRANSFER
17:56
22 İyun 2018