Rabitəbank rəqəmsal xidmətlərdə ciddi artıma nail olur. Köçürmələrin 97,2%-i filiala getmədən həyata keçirilib.
FED.az xəbər verir ki, bu barədə Rabitəbankın Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru Nihad Tağızadə bildirib.
Onun sözlərinə görə, Bankın rəqəmsal xidmətlərinin inkişafı nəticəsində son 6 ay ərzində əməliyyatların böyük hissəsi müştərilərin filiala müraciəti olmadan icra edilib.
N.Tağızadənin təqdimatina əsasən, hesabat dövründə köçürmələrin 97,2 faizi rəqəmsal kanallar vasitəsilə həyata keçirilib.
Bununla yanaşı, uzadılmış iş rejimində 7 mindən çox köçürmə də rəqəmsal formada icra olunub.
Məlumata görə, kredit məhsullarının 71,39 faizi tam rəqəmsal şəkildə satılıb. Eyni zamanda, əməkhaqqı kartları üzrə sifarişlərin 97,11 faizi, xüsusi məzənnə sifarişlərinin isə 93,50 faizi tam rəqəmsal kanallar vasitəsilə rəsmiləşdirilib.
Təqdimatda bildirilib ki, sözügedən xidmətlərdən istifadə edən aktiv (unikal) müştərilərin sayı 4 021 nəfər təşkil edib.
Qeyd edək ki, açıqlanan göstəricilər bankın rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi tədbirlərin müştərilərin filiala gəlmədən bank xidmətlərindən istifadənin əhəmiyyətli dərəcədə artırdığını göstərir.















