Azərbaycanın aparıcı banklarından olan «Rabitəbank»da səhmdarların sırasında dəyişiklik edilib.
FED.az xəbər verir ki. bankın səhmdarlarının sırasına yeni payçı daxil olub.
Bankın yeni səhmdarı Xasıyev Aslan Tarqulu oğludur, o, «Rabitəbank»ın səhmlərini 18 avqust 2025-ci il tarixzində ələd edib. Səhmdarın əldə etdiyi səhmlərin sayı 101 211 ədəddir, bu «Rabitəbank»ın ümumi səhmlərinin 6,0272%-ni təşkil edir.
Xatırladaq ki, buna qədər, yəni 2025-ci ilin ilk yarım illiyinin nəticələri üzrə bankın 12 səhmdarı olub. Bunlardan 7 hüquqi şəxs, 5-i isə fiziki şəxslər idi.
Fiziki şəxs səhmdarlarından 4-də səhm payı 5%-dən artıq idi. Bunlar:
Əliyev Rauf Zeynal oğlu - Səhm say: 1 927 148 ədəd - payı: 38,60%
Abasova Validə Maarif qızı - Səhm sayı: 1 729 438 ədəd - payı: 34,64%
Nuriyev Zakir Əlibala oğlu - Səhm sayı: 674 536 payı: 13,5107%
Nuriyeva Dilarə Nəsrəddin qızı - Səhm sayı: 454 820 payı: 9,1099% təşkil edirdi.
Hələlik yeni səhmdarıın bu səhmlarlardan hansının səhmini aldığı açıqlanmayıb.
Xatırladaq ki, hazırda «Rabitəbank»ın aktivləri 1 milyard 224 milyon manat, öhdəlikləri 1 milyard 096 milyon manat, cəmi kapitalı isə 128 milyon manat təşkil edir.
Bank 2023-cü ili 6,2 milyon manat, 2024-cü ili isə 10,6 milyon manat xalis mənfəətlə tamamlayıb.
2025-ci ilin ilk 2 rübünün nəticələrinə görə isə bankın xali mənfəəti 6,8 milyon manat olub.