Ölkənin aparıcı banklarından olan «Rabitəbank» kommiyasız kreditləri nəzərdə tutan «Qış kampaniya»sına başlayıb.
Rabita Mobile ilə kredit ödənişləri - 1% KEŞBEK QAZANDIRIR!
FED.az xəbər verir ki, kampaniya çərçivəsində nağd pul kreditini 12%-dən başlayan, 0% komissiya ilə əldə etmək imkanı var.
19.12.2022 – 31.01.2023 tarixləri arasında keçərli olan kampaniya müddətində bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World ) 1 illik pulsuz veriləcək. 30 000 AZN-dək nağd pul kreditini həmçinin bankın digər əlaqə vasitələrindən: Rabita Mobile tətbiqindən; RabitaBot çatbotu ilə messencer və ya teleqram vasitəsilə; 4133 qısa nömrəsinə “Kredit” yazıb göndərərək; 133 Çağrı Mərkəzinə zəng etməklə əldə etmək mümkündür.
Qeyd edək ki, Rabitəbankın təklif etdiyi kampaniyadan yararlanan bütün müştərilərə Yaşıl Kartmane Kredit kartı (Visa Rewards/MC World) 1 illik hədiyyə veriləcək.
«Rabitəbank» ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.