Azərbaycanın aparıcı banklarından olan “Rabitəbank” ötən il gəlirlərini 10,9% artıraraq 184 milyon 341 min manata çatdırıb.
Rabitəbank müştəriləri 2025-ci ildə - 12 MİLYON MANATDAN ÇOX KEŞBEK QAZANIBLAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Rabitəbank”ın gəlir mənbələrini araşdırıb.
Bank bəzi sahələrdən gəlirini artırsa da, bir sıra sahələrdə gəlirlər azalıb. Hesabat dövründə bankın gəlirlərinin böyük hissəsini - 126 milyon manatını və ya ümumi gəlirlərin 68%-ini kredit portfeli üzrə faiz gəlirləri tutub. Bu gəlirlərlər 2024-cü illə müqayisədə 25,3% artıb.
Bank digər banklara depozitlərdən gəlirlərini son bir ildə 44,5% artıraraq 5 milyon 137 min manata çatdırıb ki, bu da ümumi gəlirlərdə 3%-lik yer tutub.
Bununla yanaşı, bankın digər faiz gəlirləri və digər qeyri-faiz gəlirləri də müvafiq olaraq 42,7% və 2,1% artıb. Bankın faiz gəlirləri 187 min manata, digər qeyri-faiz gəlirləri isə 10 milyon 217 min manata çatıb. Bu gəlirlər ümumi gəlirlərdə 6%-lik yer tutub.
“Rabitəbank” qiymətli kağızlara investisiyalardan 5 milyon 559 min manat, yaxud da ümumi gəlirlərin 3%-i qədər gəlir əldə edib ki, bu, son bir ildə 38,5% azalma deməkdir.
Digər banklara kreditlərdən gəlirlər isə 27% azalaraq 774 min manata çatıb və ümumi gəlirlərdə cüzi paya sahib olub.
Komissiya haqlarından da gəlirlər 9,2% azalaraq 34,9 milyon min manat olub. Komissiya gəlirlərinin ümumi gəlirlərdə payı 19% olub.
Ən çox azalan isə valyuta əməliyyatlarından gəlirlər olub. Bu gəlirlər 2,2 dəfə azalaraq 1 milyon 630 min manata düşüb və ümumi gəlirlərdə 1%-lik yer tutur.
2024-2025-ci illər ərzində “Rabitəbank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
100 557 |
60% |
125 969 |
68% |
25,30% |
|
QK-a investisiyadan gəlir |
8 981 |
6% |
5 519 |
3% |
-38,50% |
|
Digər banklara kreditlərdən gəlirlər |
1 061 |
1% |
774 |
0% |
-27,00% |
|
Digər banklara depozitlərdən gəlirlər |
3 556 |
2% |
5 137 |
3% |
44,50% |
|
Komissiya haqları |
38 431 |
23% |
34 908 |
19% |
-9,20% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
3 537 |
2% |
1 630 |
1% |
2,2 dəfə azalma |
|
Digər faiz gəlirləri |
131 |
0% |
187 |
0% |
42,70% |
|
Digər qeyri-faiz gəlirləri |
10 009 |
6% |
10 217 |
6% |
2,10% |
|
|
|||||
|
Cəmi gəlirlər |
166 263 |
100% |
184 341 |
100% |
10,90% |














