FED.az xəbər verir ki, “Rabitəbank” Marketinq Departamentinə Marketinq Kommunikasiyaları Meneceri vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
Bank strukturlarının reklam və promo məhsullarına ehtiyacını müəyyən etmək;
Bankın effekli, cəlbedici reklam vasitələrinin yerləşdirilməsi, formatı və tərkibi barəsində
təkliflər hazırlamaq;
Bankın müxtəlif məhsul və xidmətləri üzrə reklam materiallarının dizayn konseptinin
hazırlanmasında iştirak etmək;
İllik Marketinq büdcəsinin hazırlanmasında və düzgün idarə olunmasına iştirak etmək;
Rəhbərlik tərəfindən təsdiqlənmiş büdcəyə əsasən bankın illik reklam və kommunikasiya
planının hazırlanmasında iştirak etmək və yüksək səviyyədə icrasını təmin etmək;
Təsdiqlənmiş məhsul və xidmətlərin işə salınması üçün lazımı zəruri və təxirəsalınmaz işlərin
görülməsini təmin etmək;
Yeni məhsul və xidmətlər, filial şəbəkələrinin inkişafı və ya ixtisarı, müştəri şəbəkəsinin
genişləndirilməsi və müştəri xidmətinin yaxşılaşdırılmasına dair təkliflər vermək;
Filial şəbəkəsində korporativ standartların qorunub saxlanmasına nəzarəti təşkil etmək;
Bankın struktur bölmələri tərəfindən təşkil olunan korporativ və digər tədbirlərin həyata
keçirilməsində marketinq dəstəyinin göstərilməsini təmin etmək;
Departamentin iş planının hazırlanmasında və onun icrasında birbaşa iştirak etmək;
Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin
artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək;
Bankın marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar
araşdırmasının həyata keçirilməsində iştirak etmək;
Rübün sonunda aparılmış analizlərin nəticələrinə əsasən qeyri-effektiv reklam kanallarını
meəyyənləşdirmək və nəticələrini növbəti rübün planı və İllik Marketinq Planı tərtib olunan
zaman nəzərə almaq;
Promo məhsulların sifarişi və o cümlədən filialların ümumi vizual görünüşü ilə bağlı kompleks
işləri icra etmək;
Marketinq kampaniyasının hazırlanması prosesində iştirak etmək.
Vəzifəyə olan tələblər:
İqtisadi və ya marketinq sahəsində ali təhsil;
Marketinq sahəsində ən azı 4 il iş təcrübəsi;
MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
Liderlik və idarəetmə qabiliyyətinə malik olmaq;
Gərgin şəraitdə işləmə qabiliyyəti.
Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq Kommunikasiyaları” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33