“Rabitəbank” "İnsan Resursları departamenti”nin İşə qəbul şöbəsinin rəisi" vəzifəsinə işçi axtarır.
Əsas vəzifələr:
-
İşçi ehtiyaclarını müəyyən etmək;
-
Vakant vəzifələr üzrə namizədlərin tapılmasını təmin etmək;
-
Seçilmiş namizədlər ilə müsahibələri təşkil etmək və aparmaq;
-
Yeni işçilərin adaptasiya prosesinin koordinasiyasını həyata keçirmək;
-
İşə qəbul zamanı istifadə edilən testlərin yaradılması və mütəmadi olaraq yenilənməsini təmin etmək;
-
Namizədlərin rezerv bazasının formalaşdırılmasını təmin etmək;
-
Namizədlərin banka cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, ali təhsil müəssisələri ilə işləmək və s.);
Namizədlər üzrə irəli sürülən tələblər:
-
Ali təhsil (İRİE və ya psixologiya sahəsi üzrə arzuolunandır);
-
İşə qəbul sahəsində minimum 3 illik iş təcrübəsi (bank sahəsində iş təcrübəsinə üstünlük verilir);
-
Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
-
MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
-
Bank sahəsində geniş işgüzar əlaqələrin olması;
Davranış səriştələri:
-
Rəhbərlik və idarəetmə bacarığı;
-
Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
-
Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
-
Yaradıcı və təşəbbüskar olmalı;
-
Komandada işləmək bacarığı;
-
Operativ və düzgün qərar vermək bacarığı;
-
Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xüsusiyyətlərə malik olmalı.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı "İnsan Resursları departamenti”nin İşə qəbul şöbəsinin rəisi" mütləq qeyd olunmalıdır.
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.