Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb.
FED.az xəbər verir ki, müvafiq dövrü Rabitəbank 4 milyon 657 min manat xalis mənfəətlə başa vurub.
Ötən ilin cari dövrü ilə müqayisədə Bankın aktivləri 10.9 % artaraq 1 milyard 198 milyon manata çatıb.
KREDİT PORTFELİNDƏ MÜSBƏT DİNAMİKA
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.8 % artıb. Nəticədə ümumi kredit portfeli 873 milyon 971 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 22.3% artaraq 403 milyon 249 min manata, o cümlədən, istehlak kreditləri portfeli 23.7% artaraq 304 milyon 71 min manata, ipoteka kreditləri isə 17.5% artaraq 166 milyon 651 min manata çatıb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 4.2 % artaraq 469 milyon 485 min manata çatıb.
FAİZ GƏLİRLƏRİ YÜKSƏLİB
Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.7 % artaraq 31 milyon 137 min manata çatıb.
Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5.9% artaraq 122 milyon 605 min manat olub.
Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.