Sahibkarların həmişə yanında olan Unibank, daha bir kampaniya keçirir.
Eləcə də bax: Unibank birinci rübün - MALİYYƏ NƏTİCƏLƏRİNİ AÇIQLADI
Bu kampaniya çərçivəsində sahibkarlar bütün biznes kartlarını və əmək haqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə biləcəklər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq. Kampaniyadan faydalanmaq istəyən biznes sahibləri biznes və əmək haqqı kartlarını bu linkdən https://online.unibank.az/corporate/ sifariş edə bilərlər.
“Unibank”ın biznes sahiblərinə təqdim etdiyi rəqəmsal xidmətlər siyahısında banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq və digər xidmətlər də var.
Sahibkarlar “Unibank”ın məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsələr, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.