“Rabitəbank” ASC səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası 12 fevral 2026-cı il tarixində, saat 17:00-da Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən Bankın inzibati binasında keçiriləcək.
FED.az biznes və maliyyə xəbər portalı xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir.
1. Bankın 2025-ci maliyyə ili üzrə Balans, Mənfəət və Zərər haqqında hesabatının təsdiqi;
2. Bankın Audit Komitəsinin hesabatının təsdiqi;
3. Bankın səhmdarlarına dividentlərin ödənilməsi;
4. Bankın Müşahidə Şurası üzvlərinə mükafatın ödənilməsi;
5. "Capital Partners" İŞ-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi;
6. "Capital Partners" İnvestisiya Şirkəti QSC-nin "Rabitəbank" ASC adından qərar verilməsi ilə bağlı səlahiyyətli orqan və ya şəxsin təyin edilməsi;
7. "Capital Partners" İŞ-nin Nizamnamə kapitalının artırılması;
8. Təşkilati və cari məsələlər;
Səhmdarlar gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində və elektron qaydada müraciət etməklə tanış ola bilərlər.











