Rabitəbank ASC-nin Riteyl Bankçılıq departamentinə direktor müavini vəzifəsinə təyinat olub.
Eləcə də bax: Beynəlxalq Bankda - Yeni Təyinat - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Binyətov Elvin təyin edilmişdir.
Binyətov Elvin 2009-cu ildən Rabitəbank ASC də müxtəlif vəzifələrdə çalışıb. Bu təyinatdan öncə o Rabitəbankın Səbail filialının müdiri , ondanda qabaq isə Yasamal filialının müdiri vəzifəsində çalışıb.
Binyətov Elvin 2004-2008 ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Biznesin Təşkili və İdarə edilməsi fakultəsini bitirib.
2012-2015 ci il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Biznesin Təşkili və İdarə edilməsi fakultəsinin Maqistr dərəcəsini Fərqlənmə ilə bitirib.