"Rabitəbank" bu ilin I rübündə 1 milyard 198 milyon 397 min manat cəmi aktivlərə malik olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Aktivlər ötən ilin sonu ilə müqayisədə 43 milyon 933 min manat və ya 4% artıb.
Hesabata əsasən bankın kredit portfeli 873 milyon 941 min manat təşkil edib.
Bundan da, istehlak kreditləri 304 milyon 71 min manat, biznes kreditləri portfeli 403 milyon 241 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 166 milyon 651 min manat olub.
İllik müqayisədə cəmi kredit portfeli 25 milyon 879 min manat (3%), istehlak kreditləri 10 milyon 673 min manat (4%), biznes kreditləri 4 milyon 137 min manat (1%), ipoteka kreditləri 11 milyon 069 min manat (7%) böyüyüb.