"Paşa Bank"da müştərilən əmanətlərində azalma tendensiyası davam edir.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin I rübündə "Paşa Bank"ın depozit portfeli 6 milyard 321 milyon manat təşkil edib . Onun da 1 milyard 782 milyon manatı fiziki şəxslərin, 4 milyard 539 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli 89,3 milyon manat (1,4%), əhalinin əmanətləri isə 106.7 milyon manat (5,6%) kiçilib.
Yalnız şirkətlərin 17,4 milyon manatlıq (0,4%) cüzi artım baş verib.
Ötən ilin sonunda "Paşa Bank" 6 milyard 410 milyon manat depozit portfelinə malik olub. Onun da 1 milyard 888 milyon manatı fiziki şəxslərin, 4 milyard 522 milyon manatı hüquqi şəxslərin payına düşüb.