"Kapital Bank" ASC bu ilin ı yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki. bank sektorunun liderlərindən olan "Kapital Bank" 391,3 milyon manat faiz gəliri əldə edib. Onun da 322,9 milyon manatı kreditlər üzrə faiz gəlirləri olub.
92,6 milyon manat faiz xərcinin 64,2 milyon manatını isə depozitlər üzrə xərclər olub.
Gəlir və xərclərdən sonra bankın xalis faiz gəlirləri 292,1 milyon manata bərabər olub.
Hesabat dövründə qeyri faiz gəlirləri 275,1 milyon manat, xərcləri 361,4 milyon manat, əməliyyat mənfəəti isə 205,8 milyon manat təşkil edib.
Qeyri-faiz xərclərindən 62,6 milyon manatı əmək haqqı, 37,9 milyon manatı mükafat, 54,5 milyon manatı bank fəaliyyətində istifadə olunan xərclərin,138,6 milyon manatı göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərclərinin payına düşüb.
34,2 milyon manat mənfəət vergisindən sonra "Kapital Bank" I yarım ili 123,9 milyon manat xalis mənfəətlə başa vurub.
Bu dövrdə bank 10 milyard manata yaxın cəmi aktivlərə malik olub. Aktivlərdə kredit portfelinin payı 4 milyard 783 milyon manat təşkil edib.
Bundan əlavə bankın öhdəlikləri 9,1 milyard manata yaxın olub ki, bunun da 7,6 milyard manatıını depozit portfeli təşkil edib. ümumi depozit portfelinin 1,6 milyard manatını fiziki şəxslərin tələbli, 4 milyard manatını hüquqi şəxslərin tələbli depozitləri, 2 milyard manatı isə fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edib.
Balans kapitalı isə 967,9 milyon manat təşkil edib.