Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları –2021” mükafatının qalibləri müəyyən olunub və Kapital Bank 4 nominasiya üzrə qalib olaraq mükafatlar qazanıb.
FED.az xəbər verir ki, Kapital Bank 2021-ci il üzrə “Korporativ sosial məsuliyyət”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirən ABA üzvü” və “Elektron Bankçılıq” nominasiyalarının qalibi olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.