2024-cü ildə "Expressbank"ın qeyri-faiz gəlirləri 20,6 milyon manat, xərcləri isə 48,9 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Qeyri-faiz gəlirləri son bir il ərzində 1,7 milyon manat (9%), xərcləri isə 4,3 milyon manat (10%) artıb.
Qeyri faiz gəlirlərinin 15,3 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 4,2 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 1,2 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 1,3 milyon manat (9%), digər gəlirlər isə 682,3 min manat (2,4 dəfə) artıb.