"Expressbank"ASC 2024 ilin 4-cü rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank 4-cü rübün sonunda 68,5 milyon manat faiz gəliri əldə edib.
Bu əvvəlki ilin IV rübü ilə müqayisədə 10,8 milyon manat və ya 19% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 64,1 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 12,9 milyon manata yaxın və ya 25% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 2,5 milyon manata bərabər olub.
Faiz xərcləri 4,3 milyon manat (28%) artaraq 19,8 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 11,9 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 2,7 milyon manat və ya 30% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 48,7 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 6,5 milyon manat və ya 16% çoxdur.
Hesabat dövründə "Expressbank"ın qeyri-faiz gəlirləri 20,6 milyon manat, xərcləri isə 48,9 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 1,7 milyon manat (9%), xərcləri isə 4,3 milyon manat (10%) artıb.
Qeyri faiz gəlirlərinin 15,3 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 4,2 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 1,2 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 1,3 milyon manat (9%), digər gəlirlər isə 682,3 min manat (2,4 dəfə) artıb.
Əmək haqqı xərcləri 17 milyon manatı keçib
Əmək haqqı xərcləri 3,3 milyon manat (16%) artaraq 23,1 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 7,5 milyon manat bərabər olub ki, bu da son bir il ərzində 542 min manat və ya 8% çoxdur.
Amortizasiya xərcləri 1,8 milyon manata bərabər olub, digər xərcləri isə 16,6 milyon manata çatıb.
"Expressbank" 2,9 milyon manat mənfəət vergisi ödənişindən sonra 4-cü rübü 11,2 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bank böyüyür
"Expressbank" ötən ilin sonunda 620,2 milyon manat aktivlərə malik olub.Ötən ilin sonu ilə müqayisədə aktivlər 60 milyon manat (10,7%),
Kredit portfeli genişlənir
Hesabat dövründə "Expressbank" 502 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 92,7 milyon manat (23%) böyüyüb.
Onun da 223 milyon manatını istehlak, 165,4 milyon manatını biznes kreditləri, 113,6 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 33,6 milyon manat (18%), biznes kreditləri 52 milyon manat (4%), ipoteka kreditləri 7,2 milyon manat (7%) böyüyüb.
Müştərilərin bankdakı əmanətləri artıb
Bankın öhdəlikləri 481,5 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 51,2 milyon manat, başqa sözlə 12% çoxdur.
Depozit portfelinin həcmi 262,1 milyon manat olub ki, onun da 202,3 milyon manatı fiziki, 59,8 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 31,7 milyon manat (14%), əhalinin depozitlərində isə 50,2 milyon (33%), artım baş verib.
Balans kapitalı 8,8 milyon manat və ya 7% artaraq 138,7 milyon manata yaxınlaşıb.
Bank ötən ilin sonu ilə müqayisədə bölüşdürülüməmiş mənfəətini 8,1 milyon manat (68%) artıraraq 20,1 milyon manata çatdırıb.