Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə üçüncü dəfə olaraq keçirilən “Milli KSM Mükafatı″ müsabiqəsinin növbəti dəfə qalibi seçilib.
FED.az xəbər verir ki, bank bu mükafata ötən il Neftçalada həyata keçirdiyi layihəyə görə layiq görülüb. Ötən ilin yay aylarında Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Bununla bağlı Bank, 2 ay ərizndə hər gün su maşınları vasitəsilə Salyan şəhərindən Neftçala şəhəri daxil olmaqla, rayonun kənd və qəsəbələrinə hərəkət edərək, sakinləri içməli su ilə təmin edib.
Sözügedən layihə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilib. Qeyd edək ki, Bank Respublika ardıcıl olaraq 3 ildir ki, Milli KSM Mükafatının qalibi olur.
Müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri 2020-ci ildə həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyi nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilib.
Daha ətraflı məlumatı “Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən, və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür.