31 dekabr 2024-cü il tarixinə "AFB Bank"ın fiziki şəxslərə verdiyi sahibkar kreditlərinin həcmi 26 milyon 486 min manat təşkil edib.
FED.az xəbr verir ki, bu məbləğ, bankın fiziki şəxslərə verilmiş kreditlərinin 14%-ni təşkil edib.
2023-cü ildə sahibkar kreditlərinin həcmi 21 milyon 32 min manat olub.
Bu, 2024-cü ildə 5 milyon 454 min manat artım (25,9% artım) demək olub. Nisbi payı da 2023-cü ildəki 11%-dən 2024-cü ildə 14%-ə yüksəlib.