“AFB Bank” ASC-nin İdarə Heyətinin sədri Orxan Xubanlı vəzifəsindən ayrılıb.
«AFB Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyətinin sədrinin vəzifələrini Lalə Quliyeva icra edəcək. O, hazırda bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildən fəaliyyət göstərir. Bank hazırda 7 filial və 4 şöbə ilə Bakı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində müştərilərə geniş çeşidli bank xidmətləri təqdim edir.