"AFB Bank"ın 2024-cü il üzrə ümumi gəliri 31 719 000 manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə cəmi 71 000 manat və ya 0.22% artım deməkdir.
"AFB Bank" 2024-cü ili 4,6 milyon manat xalis mənfəət ilə başa vurub - HESABAT
FED.az xəbər verir ki, əsas artım kredit faizi gəlirlərində müşahidə olunub. 2023-cü ildə 15 401 000 manat təşkil edən bu göstərici 2024-cü ildə 17 818 000 manata yüksəlib. Artım 2 417 000 manat və ya 15.7% olub. Kredit faizlərinin ümumi gəlirdəki payı isə 49%-dən 55%-ə yüksəlib, yəni 6 faiz bəndi artım baş verib.
Komissiya haqlarından gəlirlər əvvəlki illə müqayisədə cüzi fərqlə artıb. 2023-cü ildə 7 181 000 manat olan bu gəlir 2024-cü ildə 7 271 000 manata yüksəlib. Yəni, artım 90 000 manat və ya 1.25% olub. Bu göstəricinin ümumi gəlirdəki payı isə dəyişməyərək 23% səviyyəsində qalıb.
Valyuta əməliyyatlarından gəlir isə 2023-cü ildə 1 886 000 manat olduğu halda, 2024-cü ildə 1 597 000 manata enib. Bu, 289 000 manat və ya 15.3% azalma deməkdir. Nəticədə, bu gəlir maddəsinin ümumi gəlirdəki payı 6%-dən 5%-ə düşüb.
Qiymətli kağızlardan əldə edilən faiz gəlirlərində isə əhəmiyyətli azalma qeydə alınıb. 2023-cü ildə bu gəlir 3 766 000 manat təşkil etdiyi halda, 2024-cü ildə 2 073 000 manata geriləyib. Bu, 1 693 000 manat və ya 44.98% azalma deməkdir. Bununla yanaşı, ümumi gəlirdəki pay da 12%-dən 7%-ə enib.
Bankın digər banklarda yerləşdirdiyi depozitlərdən əldə etdiyi gəlir 2023-cü ildə 2 448 000 manat olub, 2024-cü ildə isə 2 063 000 manata düşüb. Başqa sözlə desək, 385 000 manat və ya 15.7% azalma qeydə alınıb. Bu göstəricinin ümumi gəlirdəki payı isə 7% olaraq qalıb.
İki ildir ki, bank digər banklara kredit vermir və digər banklara verilən kreditlərdən gəlir əldə etmir.
Digər faiz gəliri də azalaraq 553 min manatdan 519 min manata düşüb ki, bu da 34 000 manat və ya 6.15% azalma deməkdir. Ümumi gəlirdəki pay isə dəyişməyərək 2% səviyyəsində qalıb. Digər qeyri-faiz gəliri də geriləyərək 413 000 manatdan 378 000 manata enib. Daha dəqiq desək 35 000 manat və ya 8.47% azalma baş verib və bu gəlirin ümumi gəlirdəki payı isə 1% olaraq qalıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
17 818 |
55% |
Komissiya haqları |
7 271 |
23% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 597 |
5% |
QK-a investisiyadan gəlir |
2 073 |
7% |
Digər banklara depozitlərdən gəlirlər |
2 063 |
7% |
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Digər faiz gəlirləri |
519 |
2% |
Digər qeyri-faiz gəlirləri |
378 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
31 719 |
100% |