"AccessBank"ın qeyri-faiz gəlirləri 13 milyon manatı keçib
Bu ilin 3-cü rübündə "AccessBank"ın qeyri-faiz gəlirləri 13,4 milyon manat, xərcləri isə 64,9 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Qeyri-faiz gəlirləri son bir il ərzində 244 min manat (2%), xərcləri isə 3,6 milyon manat (6%) artıb.
Qeyri faiz gəlirlərinin 12 milyon manatı alınan-haqq və komissiya gəlirlərinin, 2,6 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 522 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 38 milyon manat (0,3%), digər gəlirlər isə 2,2 milyon manat (5,9 dəfə) artıb.