"AccessBank" ASC 3-cü rübün hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 165,4 milyon manata bərabər olub. Bu ötən ilin III rübü ilə müqayisədə 23,4 milyon manat və ya 16% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 157,4 milyon manatı müştərilərə verilmiş krediltərdən əldə olunub ki, bu da illik 23,3 milyon manata yaxın və ya 17% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 916 min manat, başqa sözlə 31% artaraq 3,9 milyon manat yaxınlaşıb.
Faiz xərcləri isə 9,1 milyon manat və ya 17% artaraq 62,4 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 51,1 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 4,1 milyon manat və ya 17% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 103 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 14,3 milyon manat və ya 16% çoxdur.
Qeyri-faiz gəlirləri 13 milyon manatı keçib
Hesabat dövründə "AccessBank"ın qeyri-faiz gəlirləri 13,4 milyon manat, xərcləri isə 64,9 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 244 min manat (2%), xərcləri isə 3,6 milyon manat (6%) artıb.
Qeyri faiz gəlirlərinin 12 milyon manatı alınan-haqq və komissiya gəlirlərinin, 2,6 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 522 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 38 milyon manat (0,3%), digər gəlirlər isə 2,2 milyon manat (5,9 dəfə) artıb.
Əmək haqqı xərcləri 33 milyon manata çatır
Əmək haqqı xərcləri 2,7 milyon manat (9%) artaraq 32,7 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 1,7 milyon manat artaraq 16,6 milyon manatı keçib. Amortizasiya xərcləri 4,9 milyon manata,digər xərcləri isə 10,7 milyon manata bərabər olub.
Xalis mənfəətdə artım
Bank III rübü 41,5 milyon manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin III rübü ilə müqayisədə 12,1 milyon manat, başqa sözlə 41% artım deməkdir.
Bu rübdə bank 6,1 milyon manat mənfəət vergisi ödəyib.
Aktivləri 1,5 milyard manata çatır
"AccessBank" bu ilin III rübündə 1 milyard 464 milyon manat aktivlərə malik olub. Aktivlərin 124,2 milyon manatını nağd pul vəsaitləri, 61,7 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə aktivlər 72,2 milyon manat (5%) artıb, qiymətli kağızlara yatırımlar 42,8 milyon manat (41%) azalıb.
Kredit portfeli böyüyür
Hesabat dövründə "AccessBank" 1 milyard 121 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 107,9 milyon manat (11%) böyüyüb.
Onun da 237,1 milyon manatını istehlak, 874,3 milyon manatını biznes kreditləri, 10,2 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 9,6 milyon manat (4%), biznes kreditləri 94,3 milyon manat (12%), ipoteka kreditləri 4 milyon manat (65%) böyüyüb.
Ümumi kredit portfelinin 48,3 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 1 milyard 73 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 104,9 milyon manat, başqa sözlə 11% artım deməkdir.
Öhdəliklər 1,3 milyard manata yaxınlaşır
Bankın öhdəlikləri 1 milyard 49 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 41,2 milyon manat, başqa sözlə 3% çoxdur.
Depozit portfelinin həcmi 1 milyard 49 milyon manat olub ki, onun da 818,8 milyon manatı fiziki, 230,4 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Balans kapitalı 31,1 milyon manat və ya 23% artaraq 168,2 milyon manata yaxınlaşıb.