2023-cü ilin III rübündə "AccessBank"ın faiz gəlirlərindən 142 milyon 19 min manat gəlir əldə edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 41 milyon 755 min manat (41,6%) artıb.
2022-ci ilin III rübündə "AccessBank"ın faiz gəlirləri 100 milyon 264 min manat olub.
Gəlirlərin də əsas hissəsi müştərilərə verilmiş kreditlərin payına düşüb. Belə ki, bankın bu qəbildən olan gəlirləri 134 milyon 44 min manat olub. Bu da illik müqayisədə 35 milyon 554 min manat, yəni 36,1% çoxdur.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 2 milyon 848 min manat ( əvvəlki illə müqayisədə 2 milyon 681 min manat və ya 16 dəfə çox), banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 2 milyon 181 min manat (illik +1 milyon 930 min manat və ya 8,7 dəfə çox), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 milyon 946 min manat (illik +1 milyon 590 min manat və ya 2,1 dəfə çox) təşkil edib.