2023-cü ilin III rübündə "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 31 milyon 230 min manat gəlir əldə edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 977 min manat (54,2%) yüksəlib.
2022-ci ilin III rübündə "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 20 milyon 353 min manat olub.
Faiz gəlirlərinin də əsas payı kreditlərdən alınmış faiz gəlirlərin payına düşüb. Belə ki, bu dövrdə həmin faizlər 22 milyon 119,6 milyon manat təşkil edib ki, bu da illik müqayisə də 4 milyon 223 milyon manat və ya 23,6% artım deməkdir.
Faiz gəlirlərinin 756,1 min manatı banklara 7 gündən çox olan müddətə verilmiş kreditlərin, 320,2 milyon manatı digər maliyyə institutlarına kreditlərin, 6 milyon 150,4 manatı banklarda depozitlərinin payına düşüb.